Bakı. 18 oktyabr. REPORT.AZ/ “Azərsu” ASC-nin təqdim etdiyi
Məlumatı Hesablama Mərkəzindən "Report"a daxil olan məlumata görə, indi istehlakçılar su sayğacının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi üçün “e-gov.az” portalı üzərindən rəsmi formada elektron müraciət edə biləcəklər.
Xidmət qeydiyyatlı olduğu üçün abonentlər ilk növbədə “Elektron hökumət” portalında təqdim edilən
Sonra isə abonent “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlər içərisindən
Abonent kodu daxil edildikdə məlumat bazasında kodun mövcudluğu yoxlanır və daxil edilən koda uyğun abonent məlumatları ekranda göstərilir. Kod bazada mövcud olmadığı təqdirdə ekranda“Daxil edilən kod düzğün deyil” xəbərdarlığı göstərilir.
Müraciətin qeydiyyata alınması üçün isə vətəndaş açılan pəncərədə aşağıdakı məlumatları daxil etməlidir: müraciətin səbəbi, əlaqə yaratmaq üçün telefon və email ünvanı, müraciətlə bağlı açıqlama və əlavə qeydlər.
Məlumatlar daxil edildikdən sonra “Müraciət et” düyməsi sıxılır və ekranda “Müraciətiniz qeydiyyata alındı. Xidmətimizdən istifadə etdiyiniz üçün sizə təşəkkür edirik” məlumatı qeyd edilir.
Müraciət qeydiyyata alındıqdan sonra 15 iş günü ərzində abonentin ünvanında Sukanal idarəsinin nümayəndəsi tərəfindən sayğaca baxış keçirilərək zəruri tədbirlər görülür.