"Azərsu" İKT avadanlıqları və proqram təminatlarının alınması üçün tender keçirir

"Azərsu" İKT avadanlıqları və proqram təminatlarının alınması üçün tender keçirir İddiaçılar tender təkliflərini martın 16-dək təqdim etməlidirlər
İKT
17 Fevral , 2017 09:45
Azərsu İKT avadanlıqları və proqram təminatlarının alınması üçün tender keçirir

Bakı. 17 fevral. REPORT.AZ/ “Azərsu” ASC İKT avadanlıqları və proqram təminatlarının (lisenziyalar) satın alınması məqsədilə açıq tender elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Tender üç lot - avadanlıqların, kartriclərin, elektrik malları və alətlərin (lot-1), proqram təminatlarının (lisenziyalar - lot-2), avtomatlaşdırma və SCADA sistemləri elementlərinin hissələrinə dair avadanlıqların alınması (Lot-3) üzrə keçirilir.

Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyətinə üstünlük veriləcək. Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 200 manat məbləğdə iştirak haqqı ödəməlidirlər.

İştirakçılar tələb olunan sənədləri ASC-yə (Bakı şəhəri, Moskva prospekti,67) martın 9-u saat saat 18:00-dək, tender təklifini isə martın 16-sı saat 18:00-dək qeyd edilən ünvana təqdim etməlidirlər. Təklif zərfləri martın 17-i saat 15:00-da “Azərsu”da açılacaq.

Son xəbərlər

Orphus sistemi