​“Azərspace-2” peykinin resurslarının icarəsi ilə bağlı müqavilə imzalanıb

​“Azərspace-2” peykinin resurslarının icarəsi ilə bağlı müqavilə imzalanıb Peykin resurslarının 46%-i artıq uzunmüddətli icarəyə verilib
İKT
16 İyul , 2015 17:19
​“Azərspace-2” peykinin resurslarının icarəsi ilə bağlı müqavilə imzalanıb

Bakı. 16 iyul. REPORT.AZ/ “Azərspace-2” telekommunikasiya peyki üzrə peyk istehsalçısının seçilməsi ilə bağlı tender keçirilib. Hazırda tender təkliflərinin qiymətləndirilməsi aparılır.

"Report" xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu ilin 6 ayının yekunları ilə bağlı keçirilmiş kollegiya iclasında "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev bildirib.

Onun sözlərinə görə, ötən 6 ay müddətində Azərbaycanın “Azərspace-1” və “Azersky” peykləri üzrə marketinq və satış işləri aparılıb (peyk üzərindən yerli və beynəlxalq səviyyəli 120 televiziya və 20 radio kanalı yayımlanır).

"Eyni zamanda, “Azərspace-2” peykinin resurslarının 45,9%-nin uzunmüddətli icarəsi ilə bağlı peyk rabitəsi üzrə dünya liderlərindən olan “Intelsat” şirkəti ilə müqavilə bağlanılıb", - deyə R.Nəbiyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi