"Azersky" peykindən əldə olunan təsvirlərin istifadəsinə həsr olunmuş seminar keçirilib

"Azersky" peykindən əldə olunan təsvirlərin istifadəsinə həsr olunmuş seminar keçirilib Tədbirdə qeyd edilən mövzulara dair təqdimatlar olub
İKT
22 Aprel , 2015 17:05
Azersky peykindən əldə olunan təsvirlərin istifadəsinə həsr olunmuş seminar keçirilib

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yüksək ayırdetməli (1,5m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky" peykindən əldə olunan təsvirlərin kənd təsərrüfatı və kadastr məqsədləri üçün istifadəsinə həsr olunmuş seminar keçirilib.

“Azərkosmos” ASC-nin mətbuat xidmətindən "Report"a veriən məlumata görə, potensial benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda "Azərkosmos"un və peykin istehsalçısı olan Fransanın "Airbus Defence and Space" şirkətinin mütəxəssisləri peykin texniki xüsusiyyətləri, peykdən əldə edilən təsvirlər vasitəsilə torpaqların effektiv istifadəsi, məhsuldarlığın qiymətləndirilməsi və proqnozlaşdırılması, kadastr, torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi, rəqəmsal xəritəçəkmə və digər bu kimi mövzular haqqında təqdimatlar ediblər. Seminarda Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər. Bu ilin sonunadək planlaşdırılmış eynitipli növbəti seminarlar peyk təsvirlərinin müdafiə və təhlükəsizlik, neft və mədən sənayesi sahələrində tətbiqi mövzularına həsr olunacaq.

Xatırladaq ki, iyunun 30-da 2014-cü ildə uğurla orbitə çıxarılıb və dekabrın 2-dən etibarən "Azərkosmos"a təhvil verilmiş "Azersky" peykinin 12 il müddətində fəaliyyət göstərəcəyi proqnozlaşdırılır. Peykin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri var.

Son xəbərlər

Orphus sistemi