“Azərpoçt” və “Belpoçta” arasında müqavilə imzalanıb

“Azərpoçt” və “Belpoçta” arasında müqavilə imzalanıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC və Belarusun poçt operatoru “Belpoçta” arasında əməkdaşlıq müqaviləsi bağlanılıb.
İKT
5 Dekabr , 2019 10:29
“Azərpoçt” və “Belpoçta” arasında müqavilə imzalanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC və Belarusun poçt operatoru “Belpoçta” arasında əməkdaşlıq müqaviləsi bağlanılıb.

"Report" bu barədə "Azərpoçt"a istinadən xəbər verir. 

Məlumata görə, imzalanma mərasimi “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekomunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində baş tutub. Mərasimdə Belarusun rabitə və informasiya naziri Konstantin Şulqan da iştirak edib.

Müqaviləyə əsasən tərəflər qruplaşdırılmış poçt göndərişlərinin ikitərəfli mübadiləsini həyata keçirəcək. Belə ki, tərkibi elektron kommersiya mallarından ibarət olan beynəlxalq kiçik paketlərin mübadilə şərtləri asanlaşdırılacaq və bu göndərişlərin bazara uyğun qiymətlərlə çatdırılması təmin olunacaq.

Əsas məqsəd 2 ölkə arasında mübadilə olunan poçt həcmini artırmaq və elektron kommersiyanın daha geniş inkişafına nail olmaqdır.

Qeyd edək ki, ötən il “Bakutel-2018” Sərgisində “Azərpoçt” və “Belpoçta” arasında poçt, maliyyə xidmətlərinin, EMS və logistikanın inkişaf etdirilməsi ilə bağlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Son xəbərlər

Orphus sistemi