“Azərpoçt”un bütün strukturları üçün vahid müştəri xidmətləri standartları hazırlanacaq

“Azərpoçt”un bütün strukturları üçün vahid müştəri xidmətləri standartları hazırlanacaq Bütün poçt şöbələri tezliklə Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə qoşulacaq
İKT
17 Fevral , 2015 20:42
“Azərpoçt”un bütün strukturları üçün vahid müştəri xidmətləri standartları hazırlanacaq

Bakı. 17 fevral. REPORT.AZ/ 2015-ci ilin ilk rübünün sonuna kimi Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi (MXİL) çərçivəsində nəzərdə tutulan bütün poçt şöbələrinin Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə (AKİS) qoşulması başa çatdırılacaq və yeni xidmətlərin təşkili təmin ediləcək.

“Report” Rabitə və Yüksək Texnologiayalar Nazirliyinə istinadən xəbər verir ki, “Azərpoçt” MMC-nin xidmət göstərən bütün tabeli strukturları üçün vahid müştəri xidmətləri standartları hazırlanacaq.

Bununla yanaşı, I yarımilliyin sonunadək “Azərpoçt” MMC-nin Poçt Daşıma Mərkəzində texnoloji proseslərin təkmilləşdirilməsi planlaşdırılır.

Qedy edək ki, il ərzində Ermənistanla həmsərhəd və Dağlıq Qarabağ istiqamətində təmas xətti boyu ərazilərdə yerləşən yaşayış məntəqələrində əhaliyə göstərilən poçt-maliyyə xidmətlərinin yaxşılaşdırılması ilə əlaqədar tədbirlərin icrasına nəzarət edilməsi də görüləcək işlər sırasında yer alır.

Son xəbərlər

Orphus sistemi