Yuxarı

​“Azərkosmos” və Qazaxıstanın “Qarış Saparı” şirkəti arasında ikitərəfli görüş keçirilib

Xarici şirkət nümayəndələrinə Qafqazın ilk peyki haqda məlumat verilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ “Azərkosmos” ASC-nin Bakı ofisində Qazaxıstanın “Qarış Saparı” şirkətinin nümayəndələrilə görüş keçirilib. "Azərkosmos"dan "Report"a verilən məlumata görə, görüşdə şirkət nümayəndəsinə “Azərkosmos” ASC, "Azerspace-1" peyki və onun texniki xüsusiyyətləri, "Azersky" peykinin tətbiq sahələri və Azərbaycanın 2017-ci ildə orbitə çıxaracağı ikinci telekommunikasiya peyki haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, “Qarış Saparı” şirkəti Qazaxıstanın dövlət sərəncamına əsasən, 2005-ci ildə kosmik sahənin inkişaf etdirilməsi, bu sahədə kosmik əməliyyatların aparılması məqsədilə yaradılıb. Eyni zamanda, kosmik layihələrin üçüntexniki avadanlıqların istehsalı, orbitə buraxılması və bu kimi texnoloji proseslərin həyata keçirilməsi şirkətin fəaliyyətinə aiddir. İkitərəfli əməkdaşlıq çərçivəsində keçirilmiş görüşdə Azərbaycan və Qazaxıstan mütəxəssislərinin birgə layihələrinin təşkil olunması, Yer səthinin məsafədən müşahidə peyki Azersky-ın imkanlarından birgə istifadəyə dair müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi