"Azərkosmos" Tacikistanda tender uddu

"Azərkosmos" Tacikistanda tender uddu “Azərkosmos” ASC Tacikistanda Dünya Bankının qrant dəstəyi ilə “Kənd Təsərrüfatı Sahibkarlığının İnkişafı” mərkəzinin elan etdiyi “Məsafədən zondlama metodları vasitəsilə məhsulun proqnozlaşdırma sisteminin yaradılması” layihəsi üzrə keçirilən tenderin qalibi olub.
İKT
30 Mart , 2020 18:21
Azərkosmos Tacikistanda tender uddu

“Azərkosmos” ASC Tacikistanda Dünya Bankının qrant dəstəyi ilə “Kənd Təsərrüfatı Sahibkarlığının İnkişafı” mərkəzinin elan etdiyi “Məsafədən zondlama metodları vasitəsilə məhsulun proqnozlaşdırma sisteminin yaradılması” layihəsi üzrə keçirilən tenderin qalibi olub. 

"Report" bu barədə şirkətə istinadən xəbər verir. 

Tenderin qalibi olaraq “Azərkosmos” “Azersky” peykindən əldə olunan təsvirlər əsasında Tacikistan ərazisində kənd təsərrüfatı əhəmiyyətli torpaqların monitorinqi və məhsuldarlığın proqnozlaşdırılması üzrə konsultasiya xidməti göstərəcək. “Azərkosmos” sözügedən layihəni Tacikistanın su ehtiyatlarının idarə olunması üzrə fəaliyyət göstərən OBRU təşkilatı ilə birgə icra edəcək.

Qeyd edək ki, beynəlxalq rəqabətli tender prosesində “Azərkosmos”la yanaşı, 15-ə yaxın şirkət iştirak edib.

Son xəbərlər

Orphus sistemi