Yuxarı

"Azərkosmos" peyk təsvirlərinin emalı üçün müasir proqram təminatı ilə təchiz olunub

Fransanın Airbus Defence and Space şirkətinin mütəxəssisləri Azərkosmosun əməkdaşlarına təlim keçirlər

Bakı. 9 oktyabr. REPORT.AZ/ Fransanın "Airbus Defence and Space" şirkəti ilə imzalanmış strateji əməkdaşlıq sazişi əsasında "Azersky" peyk təsvirlərinin emalı məqsədi ilə “Azərkosmos” ASC-nin “PixelFactory” proqram təminatı ilə təchizatı yerinə yetirilib. 

"Azərkosmos"dan "Report"a verilən məlumata görə, təsvirlərin fotoqrammetrik emalı üçün nəzərdə tutulmuş bu proqram təminatı dünyada bir sıra aparıcı şirkətlər tərəfindən istifadə olunur. “PixelFactory” proqram təminatı vasitəsilə sifarişçinin tələbləri əsasında peyk təsvirlərinin bütün fotoqrammetrik emal proseslərini yüksək dəqiqliklə yerinə yetirmək mümkündür.

Artıq proqram təminatının "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin xüsusi server sistemində quraşdırılması və sınaq testlərinın keçirilməsi prosesi başa çatıb. Hazırda "Airbus" şirkətinin əməkdaşları tərəfindən "Azərkosmos"un mütəxəssisləri üçün təlim proqramı həyata keçirilir. Təlim proqramı sona yetdikdən sonra istehsalat prosesini dəstəkləmək məqsədi ilə "Airbus" şirkətinin əməkdaşı bir il ərzində Bakıda olacaqlar.

Bu proqram təminatının istifadəsi "Azərkosmos"a təsvirlərin emal prosesinin dəqiqliyini yüksəltməklə yanaşı, irihəcmli məlumatların emal prosesi vaxtını qısaltmağa imkan verəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi