“Azərkosmos” keçirdiyi tenderin davamından imtina edib

“Azərkosmos” keçirdiyi tenderin davamından imtina edib Buna səbəb tender təklifi vermiş iddiaçıların sayının üçdən az olmasıdır
İKT
3 İyun , 2017 09:07
“Azərkosmos” keçirdiyi tenderin davamından imtina edib

Bakı. 3 iyun. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərkosmos” ASC Naxçıvan MR-də yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində antena meydançasının və onunla əlaqədar digər obyektlərin tikintisi, yenidənqurma işlərinin satınalınması məqsədilə keçirdiyi açıq tenderin davamından imtina edib.

“Report” xəbər verir ki, bu barədə Tender Komissiyasına istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, tenderin davamından “Dövlət Satınalmaları haqqında” qanuna əsasən, tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduğu üçün imtina edilib. 

Son xəbərlər

Orphus sistemi