Yuxarı
    Bağlamaq

    "Azərkosmos" Coğrafiya İnstitutunda seminar keçirib

    Təqdimat Yerin məsafədən müşahidənin fiziki əsasları, prinsipləri və tətbiq sahələrinə həsr olunub

    Bakı. 5 noyabr. REPORT.AZ/ AMEA-nın Coğrafiya İnstitutunda keçirilən seminarda “Azərkosmos” ASC-nin əməkdaşı Elman Ələskərov “Azərbaycanda Yerin kosmik müşahidə fəaliyyəti” mövzusunda təqdimatla çıxış edib. Təqdimat yerin məsafədən müşahidənin fiziki əsasları, prinsipləri və tətbiq sahələrinə həsr olunub. Bu barədə "Azərkosmos"dan "Report"a daxil olan məlumatda bildirilir.

    Təqdimat zamanı "Azərkosmos"un əməkdaşları tərəfindən yerinə yetirilmiş bir neçə layihənin, o cümlədən Hirkan Milli Parkında bitki örtüyünün monitorinqi, Hacıqabul gölünün arealının mövsümü və illər üzrə dəyişmə dinamikası, Kür ovalığında səhralaşma dərəcəsinin qiymətləndirilməsi nəticələri seminar iştirakçılarına təqdim olunub. Bundan əlavə, seminar zamanı peyk təsvirlərinin digər sahələrdə tətbiq imkanları o cümlədən ekoloji problemlərin həllində, təbii ehtiyatların istismarında, fövqəladə hallar zamanı istifadəsi müzakirə olunub.

    Təqdimat seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Sonda iki təşkilat arasında gələcəkdə bu sahədə birgə əməkdaşlıq haqqında razılıq əldə olunub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi