Yuxarı

​“Azərkosmos” ASC və TÜBİTAK UZAY mütəxəsisləri qarşılıqlı təcrübə mübadiləsi aparıblar

Hər iki şirkət təcrübəsini bölüşüb

Bakı. 13 iyun. REPORT.AZ/ Türkiyənin Kosmik Texnologiyalar Araşdırma İnstitutunun (Uzay Teknolojileri Araştırma Enstitüsü - TÜBİTAK UZAY) bir qrup əməkdaşı “Azərkosmos” ASC-də təlim proqramında iştirak ediblər. 

"Azərkosmos"dan "Report"a daxil olan məlumatda bildirilib ki, təlim proqramı zamanı TÜBİTAK UZAY-ın peyk mütəxəssisləri telekommunikasiya peyk sistemlərinin idarə edilməsi, orbitin təyini, orbitdə aparılan manevrlər, peykin yanacağı və ömrünün uzadılması istiqamətində aparılan hesablamalara dair proseslərdə "Azərkosmos"un təcrübəsini öyrəniblər.  

Bununla yanaşı, təlim proqramı çərçivəsində TÜBİTAK UZAY-ın kosmik sahədə ixtisaslaşmış mütəxəsisləri Türkiyənin kosmik sənayesinin tarixi inkişafı, gələcək planları, yerli peyk idareetmə stansiyası layihələri, aşağıorbitli peyklərin idarə olunması, peyklərin dizayn və istehsal edilməsi haqqında, habelə nano-peyklərin hazırlanmasında mövcud olan təcrübələrini bölüşüblər.

Qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində keçirilən təlimdə həm “Azərkosmos”, həm də TÜBİTAK UZAY-ın mütəxəsisləri təcrübənin faydalı olduğunu, gələcəkdə də bu kimi təcrübə mübadiləsinin davam etdirilməsinin zəruriliyini bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi