Yuxarı
    Bağlamaq

    ​"Azərişıq"ın "Elektron hökumət" portalına inteqrasiya ediləcək xidmətləri məlum olub

    Bununla bağlı enerji qurumu ilə Məlumat Hesablama Mərkəzində görüş keçirilib

    Bakı. 6 may. REPORT.AZ/ Bu gün "Elektron hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən daha bir dövlət qurumunun portala inteqrasiyası ilə əlaqədar toplantı keçirilib.

    MHM-dən "Report" verilən məlumata görə, "Azərişıq” ASC-nin aidiyyatı nümayəndələrinin iştirak etdiyi toplantıda qurumun portala inteqrasiyası ilə əlaqədar mövcud informasiya sistemlərinin FİN-ə (Fərdi İdentifikasiya Nömrəsi) uyğunlaşdırılması və informasiya sisteminin formalaşdırılmasının ilkin mənbədən aparılması məsələləri müzakirə edilib. Bununla yanaşı, Nazirlər Kabinetinin 2010-cu il 17 may tarixli 89 nömrəli qərarının müvafiq bəndinə əsasən, "Azərişıq” ASC-nin yaradılması ilə əlaqədar reyestrlərdə müvafiq dəyişiklərin edilməsinin zəruriliyi vurğulanıb.

    Toplantıda MHM tərəfindən qurumun portala qoşulması üçün texniki məsələlərin həll edilməsi istiqamətində və informasiya sisteminin FİN-ə uyğunlaşdırma ilə əlaqədar dəstəyin göstəriləcəyi vurğulanıb. Həmçinin, MHM "Azərişıq” ASC-yə informasiya sisteminin formalaşdırılmasının ilkin mənbədən aparılması üçün portal üzərindən İAMAS-dan servisin ötürülməsini təmin edəcək.

    Toplantıda "Azərişıq” ASC tərəfindən portal üzərindən təqdim ediləcək elektron xidmətlərin adları müəyyənləşdirilib. Tezliklə portal üzərindən enerji haqlarının internet vasitəsilə ödənilməsi, işıq kodunun yeni abunəçinin adına keçirilməsi üçün e-müraciət, istehlakçıların elektrik şəbəkəsinə qoşulması üçün e-müraciət, enerji borcu olmaması barədə elektron arayış kimi elektron xidmətlər təqdim ediləcək.

    İlkin mərhələdə portalda qeydiyyatdan keçən istifadəçinin FİN-ə görə işıq kodunun avtomatik təyin edilməsi və avtomatik təyin edilməsimümkün olmadıqda abonent kodunu əllə daxil edilməsi imkanları yaradılması nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi