"Azercell" yeni telefon kampaniyası elan edib

"Azercell" yeni telefon kampaniyası elan edib Kampaniyaya qoşulmaq üçün abunəçilər "Azercell" Müştəri Xidmətləri Ofislərinə yaxınlaşmalıdırlar
İKT
11 İyul , 2017 17:49
Azercell yeni telefon kampaniyası elan edib

Bakı. 11 iyul. REPORT.AZ/ Bu gündən "Azercell Telekom" MMC-nin abunəçiləri şirkətin elan etdiyi nyeni kampaniya çərçivəsində "iPhone 7" (128GB) və "iPhone 6S Plus" (32 GB) kimi 4G-dəstəkli smartfonları ayda cəmi 99 manat və 85 manatdan başlayan ödənişlə əldə edə bilərlər. 

"Azercell Telecom"dən "Report"a daxil olan məlumata görə, bu kampaniyaya qoşulmaqla abunəçilər smartfonla yanaşı, 5GB-dan başlayan internet paketlərindən istifadə və ölkədaxilində sərfəli zəng etmək (1dəqiqəsi 6 qəpiyə) imkanı qazanırlar.

Kampaniyaya qoşulmaq üçün abunəçilər "Azercell" Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər. 

Son xəbərlər

Orphus sistemi