Yuxarı

"Azercell" yeni kampaniyaya başlayıb

Kampaniyaya bu gündən start verilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Sürətli mobil interneti hamı üçün əlçatan etməyi qarşısına məqsəd qoyan Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" şirkəti abunəçilərini yeniliklərlə sevindirməkdə davam edir. "Azercell"dən "Report"a verilən məlumata görə, sentyabrın 30-da "Azercell"in bütün abunəçiləri üçün yeni inanılmaz fürsət təqdim olunub.

Beləliklə, yüksək sürətli mobil internetdən istifadəni mümkün edən smartfonları əhaliyə əlverişli şərtlərlə təqdim etmək niyyətini əsas tutaraq, "Azercell" növbəti sərfəli "iPhone" kampaniyasını abunəçilərinin ixtiyarına verib. Güzəştli şərtlərlə "iPhone 6S" telefonuna sahib olmaq istəyən abunəçilər ayda cəmi 99 manat ödəməklə ən müasir smartfon cihazı və "Hədsiz Internet" paketini əldə edirlər. 

Qeyd edək ki, həmin aylıq məbləğ daxilində abunəçilər 30 GB həcmində mobil internet əldə edəcək və 100 Mbit/s sürətədək "Azercell" 4G xidmətinin üstünlüklərindən faydalana biləcəklər. 

Kampaniyaya qoşulmaq üçün abunəçilər paytaxt və bölgələrdə yerləşən "Azercell"in Müştəri Xidmətləri, Ekspres Ofisləri, eləcə də, rəsmi diler mağazalarına müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi