Yuxarı
    Bağlamaq

    “Azercell Telekom” yeni ildən 10 manatlıq tarifini dayandıracaq

    © Report

    Bakı. 7 dekabr. REPORT.AZ/ Gələn il yanvarın 8-dən etibarən “Azercell Telekom” MMC “Biznes 200” tarif paketinə qoşulmanı dayandıracaq. 

    “Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. 

    Məlumata görə, həmin tarif paketindən istifadə edən nömrələr müvafiq şərtlərdən yararlanmağa davam edə bilər.

    Qeyd edək ki, fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan “Biznes 200” tarifi çərçivəsində abunəçilər aylıq 10 manat ödəməklə 200 şəbəkə daxili dəqiqə və 200 SMS əldə edirlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi