Yuxarı
    Bağlamaq

    "Azercell" təcrübə keçmək istəyən tələbələrə müraciət edib

    İndiyədək 102 tələbə Azercellin Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib

    Bakı.22 aprel. REPORT.AZ/ “Azercell Telekom” MMC şirkətin Texnologiyalar Departamentində təcrübə keçmək istəyən gənclər üçün “Tələbə Təcrübə Proqramı” elan edib.

    "Report"un şirkətə istinadən verdiyi xəbərə görə, qaydalara əsasən, Azərbaycanın ali təhsil ocaqlarında bakalavr səviyyəsinin son iki kursunda və magistr pilləsində təhsil alan tələbələr 2017-ci ilin 1 may tarixinə qədər “Tələbə Təcrübə Proqramı”na müraciət edə bilərlər. Bunun üçün https://www.azercell.com/az/company/career/vacancies/ linkinə daxil olmaq lazımdır.

    “Tələbə Təcrübə Proqramı” tələbələrə "Azercell"də təcrübə keçmək imkanı qazandıraraq universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. Proqram çərçivəsində mərhələlərlə seçilən gənclər şirkətdə işləyib təcrübə qazanmaq imkanı əldə edirlər. Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da kömək olur.

    Qeyd edək ki, "Azercell"in 2008-c ildən keçirdiyi “Tələbə Təcrübə Proqramı” çərçivəsində 102 tələbə təcrübə keçib, onlardan 15-i isə şirkətdə işlə təmin olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi