Yuxarı
    Bağlamaq

    "​Azercell" rouminqdə olan abunəçilər üçün yenilik edib

    Zəngin ilk 5 dəqiqəsi pulsuz olacaq, əlavə hər bir dəqiqəyə görə isə 70 qəpik tutulacaq

    Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" şirkəti rouminqdə olan abunəçiləri üçün yenilik edib.

    “Report” “Azercell”in mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq rouminqdə olan "Azercell"in fakturalı və fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə zəngin ilk 5 dəqiqəsini pulsuz danışacaqlar. Həmin zəngin davam edən növbəti hissəsinin hər bir dəqiqəsinə görə isə (hesablama intervalı - 1 saniyə) 70 qəpik məbləğində xidmət haqqı tutulacaq.

    Qeyd edək ki, "Azercell" ötən il də rouminq qiymətlərinə endirim edib. Belə ki, "Azercell"in abunəçiləri rouminq xidməti çərçivəsində Rusiya, Türkiyə, Gürcüstan və Almaniyada endirimli tariflərdən faydalanaraq bu ölkələrdə olarkən bütün istiqamətlərə danışıqlar üçün cəmi 90 qəpik ödəyiblər. Gürcüstanda səfərdə olan abunəçilərin danışıq haqqı isə 1 dəqiqə üçün 47 dəqiqə tarifi ilə hesablanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi