“Azercell” müştərilərinə xəbərdarlıq edib

“Azercell” müştərilərinə xəbərdarlıq edib Oktyabrın 27-də gecə saatlarında bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklər yaranacaq
İKT
26 Oktyabr , 2016 11:40
“Azercell” müştərilərinə xəbərdarlıq edib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar olaraq oktyabrın 27-də gecə saatları ərzində operatorun şəbəkəsində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

“Report” xəbər verir ki, eyni zamanda “Azercell” dekabrın 1-dən etibarən faktura dövrü ərzində ƏDV daxil 2 manatdan az məbləğdə xidmətlərdən istifadə edilən “Sizin tarif+” tarif istifadəçiləri üzrə 1 manat (ƏDV daxil) aylıq abunə haqqı tətbiq edəcək.

Son xəbərlər

Orphus sistemi