Yuxarı

"Azercell" müharibə veteranları üçün kampaniyanın müddətini uzadıb

Bu imkandan artıq 28 mindən çox veteran yararlanıb

Bakı. 4 dekabr. REPORT.AZ/ “Azercell Telecom” MMC-nin bu ilin aprel ayında müharibə veteranları üçün təqdim etdiyi kampaniyanın müddəti gələn il noyabrın 30-dək uzadılıb.

Şirkətdən “Report”a verilən xəbərə görə, kampaniya çərçivəsində müharibə veteranları “Azercell” fakturasız xətt abunəçiləri təqvim ayı ərzində balanslarına birinci dəfə yüklədikləri hər hansı danışıq kartının məbləğinin 100%-ni bonus olaraq şirkətdən hədiyyə alacaqlar.

Qeyd edək ki, hədiyyə edilən bonus şəbəkədaxili zənglər, SMS və MMS xidmətlərini 7 gün ərzində istifadə etmək olar. İstifadəyə verildiyi gündən bu imkandan artıq 28 mindən çox veteran yararlanaraq, “Azercell”dən 5,4 mln. manatdan artıq bonus əldə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi