"Azercell" müharibə veteranları üçün kampaniyanın müddətini uzadıb

"Azercell" müharibə veteranları üçün kampaniyanın müddətini uzadıb Bu imkandan artıq 28 mindən çox veteran yararlanıb
İKT
4 Dekabr , 2015 17:20
Azercell müharibə veteranları üçün kampaniyanın müddətini uzadıb

Bakı. 4 dekabr. REPORT.AZ/ “Azercell Telecom” MMC-nin bu ilin aprel ayında müharibə veteranları üçün təqdim etdiyi kampaniyanın müddəti gələn il noyabrın 30-dək uzadılıb.

Şirkətdən “Report”a verilən xəbərə görə, kampaniya çərçivəsində müharibə veteranları “Azercell” fakturasız xətt abunəçiləri təqvim ayı ərzində balanslarına birinci dəfə yüklədikləri hər hansı danışıq kartının məbləğinin 100%-ni bonus olaraq şirkətdən hədiyyə alacaqlar.

Qeyd edək ki, hədiyyə edilən bonus şəbəkədaxili zənglər, SMS və MMS xidmətlərini 7 gün ərzində istifadə etmək olar. İstifadəyə verildiyi gündən bu imkandan artıq 28 mindən çox veteran yararlanaraq, “Azercell”dən 5,4 mln. manatdan artıq bonus əldə edib.

Son xəbərlər

Orphus sistemi