"Azercell" LTE şəbəkəsini daha da genişləndirəcək

"Azercell" LTE şəbəkəsini daha da genişləndirəcək "Azercell"in çox güclü şəbəkəsi var. Biz bundan sonra daha da məsuliyyətli olacağıq və bizim komanda sağlam rəqabət aparmağı da çox sevir"
İKT
24 Fevral , 2016 12:12
Azercell  LTE şəbəkəsini daha da genişləndirəcək

Bakı. 24 fevral.REPORT.AZ/ "Sazz" və "Delta Telecom" şirkətlərinin mobil operator kimi bazara daxil olmasının "Azercell"in fəaliyyətinə mənfi təsir edəcəyinə inanmıram.

"Report" xəbər verir ki, bunu "Azercell" şirkətinin prezidenti Vahid Mürsəliyev şirkətin 2015-ci ildəki fəaliyyətinə dair keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, "Azercell" bu şirkətlərin bazara nüfuz etməsini nəzərə alacaq, eyni zamanda LTE şəbəkəsini daha da genişləndirəcək:

"Azercell"in çox güclü şəbəkəsi var. Biz bundan sonra daha da məsuliyyətli olacağıq və bizim komanda sağlam rəqabət aparmağı da çox sevir".

Son xəbərlər

Orphus sistemi