"Azercell" internet istifadəsini rahatlaşdırıb

"Azercell" internet istifadəsini rahatlaşdırıb Şirkət abunəçiləri internet paketi bitən zaman istifadəni davam etdirmək üçün xüsusi keçid səhifəsinə yönləndiriləcək
İKT
9 Avqust , 2016 19:31
Azercell internet istifadəsini rahatlaşdırıb

Bakı. 9 avqust. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” abunəçilərini sürətli və sərfəli mobil internetlə təmin etmək üçün yeni istifadə imkanı yaradıb.

Şirkətdən “Report”a bildirilib ki, şirkət tərəfindən təqdim olunan yeni xidmət sayəsində “Azercell” abunəçiləri internet paketi bitən zaman istifadəni davam etdirmək üçün xüsusi keçid səhifəsinə yönləndiriləcək. Bu səhifəyə keçiddən sonra isə abunəçi bir düymə ilə 3 seçim imkanından birindən faydalana biləcək: mövcud internet paketini yeniləmək, daha yüksək həcmli internet paketi sifariş etmək və ya internetdən paketsiz istifadə etmək (0,05AZN/MB tarifi ilə).

"Bu xidmətin üstünlüyü ondan ibarətdir ki, internet paketi sifariş etmək üçün SMS göndərməyə və ya telefonun ekranında xüsusi kod yığmağa ehtiyac olmayacaq. Abunəçinin internet paketi bitəndən sonra internet brauzerə daxil olaraq yalnız bir düymə ilə internet paketini aktivləşdirə biləcək", - deyə şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi