Yuxarı
    Bağlamaq

    “Azercell” “Hədsiz” tarif paketində yenilik edib

    Azercell abunəçiləri oktyabrın 4-dən Fransa, Almaniya, Çexiya, Avstriya və İspaniyada rouminqdə olarkən 15% edirimdən yararlanacaqlar

    Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkətinin “Hədsiz” tarif planının abunəçiləri oktyabrın 4-dən etibarən Fransa, Almaniya, Çexiya, Avstriya və İspaniyada rouminqdə olarkən 15% edirimdən yararlanacaqlar.

    Şirkətdən “Report”a bildirilib ki, tətbiq olunan endirim nəticəsində abunəçilər hər zəngin 1 dəqiqəsi üçün 1,30 manat, hər 1MB mobil internet uçün isə cəmi 3 manat ödəyəcəklər.

    “Azercell”in bu enidirmi rouminqdə olarkən edilən zənglər və mobil internetdən istifadə üçün tətbiq edilir.

    Xatırladaq ki, şirkət 2014-cü ildən etibarən “Fakturalı Xətt” abunəçiləri üçün “Hədsiz” tarif paketini istifadəyə verib. Sözügedən tarif paketinə qoşulmaqla "Azercell" müştəriləri aylıq 49,90 manat abunə haqqı müqabilində endirimli xidmətlərdən yararlana bilirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi