"Azercell" dövlətdən yeni tezliklər alacaq

"Azercell" dövlətdən yeni tezliklər alacaq Aprelin sonuna qədər şəbəkə keyfiyyətinin yaxşılaşdırılması üçün 800 və 900 MHs tezlikləri alınacaq
İKT
18 Fevral , 2015 17:07
Azercell dövlətdən yeni tezliklər alacaq

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" şirkəti şəbəkə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün 800 və 900 MHs tezliklərinin alınması ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılığa gəlib. “Report” xəbər verir ki, bunu "Azercell"in icraçı direktoru Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, istənilən mobil operatorun normal fəaliyəti üçün əsas vəsait olan tezlik lazımdır. Şəbəkənin keyfiyyətinin yaxşılaşdırılması üçün 800-900 MHs tezliyinin alınması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə danışıqlar aparılır. 

"Artıq müəyyən razılıq əldə olunub. Aprelin sonuna qədər "Azercell" abunəçilərinə təqdim olunan xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün 800 və 900 MHs tezlikləri alınacaq", - şirkət rəsmisi bildirib.

Son xəbərlər

Orphus sistemi