“Azercell” dördüncü nəsl şəbəkəsinin əhatə dairəsini genişləndirir

“Azercell” dördüncü nəsl şəbəkəsinin əhatə dairəsini genişləndirir Şirkət Bakı və Abşeron yarımadasında 177 yeni LTE stansiyası quraşdırıb
İKT
17 İyun , 2016 19:25
“Azercell” dördüncü nəsl şəbəkəsinin əhatə dairəsini genişləndirir

Bakı. 17 iyun. REPORT.AZ/ “Azercell Telecom” şirkəti sürətli mobil internetə olan tələbatı nəzərə alaraq 4G şəbəkəsinin əhatə dairəsini inkişaf etdirir.

“Report” şirkətə istinadən xəbər verir ki, “Azercell” təkcə bu ilin ilk 5 ayı ərzində Bakıda və Abşeron yarımadasında177 yeni LTE stansiyası quraşdırıb.

İyun ayının sonuna isə stansiyaların sayının 220-yə qədər artırılacağı planlaşdırlır. Hazırda qeyd olunan ərazidə 4G stansiyalarının sayı 480-ə, sürətli mobil internetə ən çox təlabat olanBakı və Abşeronun 4G ilə əhatə olunması səviyyəsi isə 79% çatıb. Artıq abunəçilər 4G şəbəkəsində100 Mb.s qədər sürətli internetdən istifadə edə bilərlər.

Qeyd edək ki, “Azercell” Azərbaycanda ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir.Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan “Global Wireless Solutions” şirkətinin nəticələrinə əsasən şirkət bir çox parametrlərə görə ölkənin mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi