“Azercell” daha bir eksklüziv mağazasını Mərdəkanda açıb

“Azercell” daha bir eksklüziv mağazasını Mərdəkanda açıb Bakı. 10 yanvar. REPORT.AZ/ “Azercell Telecom” MMC Mərdəkan qəsəbəsində yeni konsepsiyaya uyğun eksklüziv mağazasını açıb.
İKT
10 Yanvar , 2018 19:28
“Azercell” daha bir eksklüziv mağazasını Mərdəkanda açıb

Bakı. 10 yanvar. REPORT.AZ/ “Azercell Telecom” MMC Mərdəkan qəsəbəsində yeni konsepsiyaya uyğun eksklüziv mağazasını açıb.

Bu barədə “Report”a Şirkətin Mətbuat xidmətindən məlumat verilib.

Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, 92 ünvanında yerləşən bu mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni "Nordic" konsepsiyasına uyğun təşkil olunub.

Məlumatda deyilir ki, mağazanın xüsusi özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır: “Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olur. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuarlar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər". 

Qeyd edək ki, Mərdəkanda fəaliyyət göstərəcək bu mağaza həftənin bütün günləri fasiləsiz olaraq saat 10:00-dan 19:00-a qədər abunəçilərin ixtiyarındadır.

Yeni ofisin açılış günündə “Azercell” müştərilərinə özəl hədiyyə olaraq daha bir endirimli kampaniyasını təqdim edib. Belə ki, açılış günündən etibarən 3 gün müddətində Mərdəkandakı eksklüziv mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin 50%-i dəyərində hədiyyə əldə edə biləcəklər.

“Azercell Telecom” il boyu yeni konsepsiyalı eksklüziv mağazalarının şəbəkəsini ölkə üzrə genişləndirərək abunəçilərə daha rahat və faydalı xidmət göstərəcəyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi