​“Azercell” “Bookmate” layihəsi ilə bağlı yenilik edib

​“Azercell” “Bookmate” layihəsi ilə bağlı yenilik edib Mobil kitabxanaya giriş günluk cəmi 0,15 manat təşkil edəcək
İKT
5 İyul , 2016 20:45
​“Azercell” “Bookmate” layihəsi ilə bağlı yenilik edib

Bakı. 5 iyul. REPORT.AZ/ “Azercell Telecom” ötən ilin noyabr ayında təqdim olunan “Bookmate” layihəsi ilə bağlı yenilik edib.

“Report”a şirkətdən bildirilib ki, iyulun 4-dən etibarən “Bookmate” mobil kitabxanasına giriş günluk cəmi 0,15 manat təşkil edəcək. Bu yenilikdən yararlanmaq üçün abunəçilər *501# komandasını yığmalıdılar. Eyni zamanda “Bookmate” kitabxanasına qoşulan abunəçilər ilk 7 gün bu xidmətdən pulsuz istifadə edə biləcəklər.

“Bookmate” minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılan mobil tətbiqdir. “Azercell”in güzəştli qiymətlə təqdim etdiyi mobil kitabxanada 500 mindən çox kitaba çıxış təmin olunub. Endirimli abunə məbləği müqabilində şirkət abunəçiləri klassik, müasir və elmi-bədii, biznes ədəbiyyatından istənilən nümunə ilə tanış ola bilərlər. “Bookmate” Android, iOS əməliyyat sistemləri üzərindən işləyir.

Son xəbərlər

Orphus sistemi