Yuxarı

"Azercell" şirkəti "Bakutel-2015" sərgisində iştirak edir

Şirkət stendində qabaqcıl texnoloji həllərdən faydalanmağa dəvət edir

Bakı. 2 dekabr. REPORT.AZ/ Bakıda dekabrın 2-5-də keçirilən XXI Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində “Azercell Telecom” MMC ziyarətçiləri geniş həcmli stendində qəbul edir. Bu il şirkət müştərilərini yeni satış mərkəzi konsepsiyası ilə təəccübləndirib.

Şirkətdən “Report”a verilən xəbərə görə, yaxın gələcəkdə “Azercell”in bütün rəsmi satış mərkəzlərində tətbiq olunacaq yeni yanaşmanı ilk olaraq “Bakutel-2015” iştirakçıları görəcək. Stendin yeni konsepsiyası ziyarətçilərə təqdim olunan məhsul və layihələrlə rahat tanışlıq, innovativ həll və rəqəmsal həyat tərzi üçün xidmətləri asanlıqla sınaqdan keçirməyə şərait yaradacaq.

Sərgidə “Azercell”in yüksək-texnologiya pərəstişkarlarının dördüncü nəsil (4G)/Long Term Evolution (LTE) texnologiyasının istifadə edilməsi, sürətli internet sahəsində ən son yeniliklərin təqdim olunduğu “Yeni texnologiyalar” bölümüdə var. Eyni zamanda şirkət “Bakutel-2015”-də bir sıra digər texnoloji yenilikləri də sərgilənir.

Şirkətin növbəti texnoloji yeniliyi - WiFi üzərindən səsli xidmətlərin göstərilməsidir. Sərgidə iştirakçılar üçün bu rabitə sistemi üzərindən zəng etmək imkanı nümayiş etdirilir.

Gənclər və digər İnternet həvəskarları üçün “Azercell” dinamik və əyləncə ilə zəngin olan “GəncOL Portalı” və “GəncOL Loyallıq Proqramı”nı əhatə edən "GəncOL" tarifini təqdim edir. Sözügedən proqram çərçivəsində "GəncOL" müştəriləri böyük sayda kinoteatrlarda, dükan və restoranlarda, ticarət və əyləncə mərkəzlərində endirimlər əldə edirlər.

Qeyd edək ki, “Azercell” stendini ziyarət edən qonaqları “Əyləncə Zonasında” müxtəlif maraqlı oyunlar, intellektual müsabiqələr və mükafatlar gözləyir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi