Yuxarı

“Azercell” abunəçilərinə müraciət edib

Sentyabrın 8-də şirkətin xidmətlərində çətinliklər yaranacaq

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkətinin sentyabrın 8-də gecə saatları ərzində göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə rabitədə müvəqqəti çətinliklər yarana bilər.

“Report” xəbər verir ki, bu barədə “Azercell”in abunəçilər üçün yaydığı müraciətdə bildirilir.

Şirkətin xidmətlərində çətinliklərin yaranmasına səbəb təkmilləşdirmə işlərinin aparılması ilə bağlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi