“Azercell” abunəçilərinə müraciət edib

“Azercell” abunəçilərinə müraciət edib Şirkət rominq xidməti çərçivəsində zənglərə hesablanma intervalı tətbiq edəcək
İKT
24 Sentyabr , 2016 09:20
“Azercell” abunəçilərinə müraciət edib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti rominq xidməti çərçivəsində zənglərə hesablanma intervalı tətbiq edəcək.

“Report” xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.

Məlumata görə, oktyabrın 24-dən etibarən bütün fakturalı və fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə rominq xidməti çərçivəsində istiqamətindən asılı olmayaraq çıxan zənglərə 60 saniyəlik hesablanma intervalı tətbiq ediləcək.

Eyni zamanda “Azercell” “Bölgələrdə limitsiz danışıq” kampaniyasının müddətini oktyabrın 31-dək uzadır. Oktyabrın 4-dən etibarən kampaniya çərçivəsində günlük istifadə haqqı 0,30 qəpik təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi