“Azercell” abunəçilərinə müraciət edib

“Azercell” abunəçilərinə müraciət edib Şirkət fakturalı xətt abunəçilərinin bir qismi üçün “Bizklub” proqramını dayandırır
İKT
10 Dekabr , 2016 09:13
“Azercell” abunəçilərinə müraciət edib

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil operatoru “Azercell Telecom” MMC abunəçilərinə müraciət edib. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Müraciətdə deyilir ki, gələn il yanvarın 10-dan etibarən korporativ abunəçilər istisna olmaqla bütün fiziki şəxs statusuna malik abunəçilərin fakturalı xətt sisteminə aid nömrələrində “Bizklub” proqramı dayandırılacaq. Buna görə də, proqramın üzvləri endirim və güzəştlərdən, o cümlədən öz aralarında 1 dəqiqə = 3 qəpik tarifi ilə danışmaq imkanından yararlana bilməyəcəklər. 

Son xəbərlər

Orphus sistemi