"Azercell" Abunəçi Loyallığı İndeksinə görə birinci olub

"Azercell" Abunəçi Loyallığı İndeksinə görə birinci olub Mobil operator 64% nəticə ilə abunəçilərinin yüksək etimadını qazanıb
İKT
14 Avqust , 2017 19:33
Azercell Abunəçi Loyallığı İndeksinə görə birinci olub
Report

Bakı. 14 avqust. REPORT.AZ/ "Azercell Telekom" MMC 2017-ci ilin II rübü üçün Beynəlxalq Abunəçi Loyallığı İndeksinin (NPS) qiymətləndirilməsində bütün rəqiblərini qabaqlayaraq 64% nəticə ilə abunəçilərinin yüksək etimadını qazanıb.

Şirkətdən "Report"a daxil olan məlumata görə, 2014-cü ildə ilk dəfə olaraq Azərbaycanda Abunəçi Loyallığı İndeksini ölçməyə başlayan "Azercell" 2017-ci ilin II rübü üçün yerli mobil rabitə bazarında NPS göstəricisi üzrə liderliyini qoruyub saxlamaqdadır.

Qeyd edək ki, bu dəfə Abunəçi Loyallığı İndeksinin qiymətləndirilməsində Bakı ilə yanaşı, bölgələrdəki sakinlər də iştirak ediblər.

"Bu indeks istehlakçının məhsul və ya şirkətə bağlılığını, onun xidmətlərini tövsiyə etmək hazırlığını müəyyən edir. Bu unikal qiymətləndirməni tətbiq etməklə, "Azercell" özünün müştəri xidmətləri sahəsində liderliyini bir daha təsdiq edib. İstifadəçilərin bağlılığının qiymətləndirilməsi üzrə bu yenilikçi modelin tətbiqi "Azercell"ə öz müştərilərinin ehtiyaclarını daha dərindən öyrənməyə və gələcək fəaliyyətini onların istəklərini nəzərə alaraq təşkil etməyə imkan verir", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi