Azərbaycanla İran arasında İKT sahəsində əməkdaşlıq üzrə müzakirələr aparılıb

Azərbaycanla İran arasında İKT sahəsində əməkdaşlıq üzrə müzakirələr aparılıb Mayın 15-dən Bakıda keçirilən Azərbaycanla İran arasında İKT üzrə işçi qrupunun iclası bu gün başa çatıb.
İKT
16 May , 2019 18:01
Azərbaycanla İran arasında İKT sahəsində əməkdaşlıq üzrə müzakirələr aparılıb

Mayın 15-dən Bakıda keçirilən Azərbaycanla İran arasında İKT üzrə işçi qrupunun iclası bu gün başa çatıb.

Bu barədə "Report"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. 

Məlumata görə, iclasa Azərbaycan tərəfdən nazir müavini Elmir Vəlizadə, İran tərəfdən isə bu ölkənin rabitə və informasiya texnologiyaları nazirinin müavini, Rabitə Tənzimləmə Qurumunun prezidenti Hüseyn Fallah Çoşaqani rəhbərlik edib.

İclas çərçivəsində iki ölkə arasında radio-televiziya yayımı, radiotezliklərin idarə olunması, rabitə infrastrukturu, poçt xidmətləri, startaplar, peyk xidmətləri və elektron təhlükəsizlik sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Sonda müzakirə olunan məsələlərin yekunlarına dair protokol imzalanıb.

Xatırladaq ki, iki ölkənin nazirlərinin 2016-cı ilin oktyabr ayında Tehranda keçirilmiş görüşü zamanı Azərbaycanla İran arasında İKT üzrə işçi qrupunun yaradılması barədə qərar verilib. İşçi qrupunun birinci iclası 2017-ci ilin yanvar ayında Tehranda baş tutub.

Son xəbərlər

Orphus sistemi