Azərbaycanla Bolqarıstan arasında əməkdaşlıq haqqında saziş təsdiqlənib

Azərbaycanla Bolqarıstan arasında əməkdaşlıq haqqında saziş təsdiqlənib Saziş elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlığı nəzərdə tutur
İKT
28 May , 2015 09:43
Azərbaycanla Bolqarıstan arasında əməkdaşlıq haqqında saziş təsdiqlənib

Bakı. 28 may. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan və Bolqarıstan hökumətləri arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmanla iki ölkənin hökumətləri arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında 2015-ci il martın 4-də Sofiya şəhərində imzalanmış saziş təsdiq edilib.

Fərmanda deyilir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sazişin müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlət daxili proseduralarının yerinə yetirildiyi barədə Bolqarıstan hökumətinə bildiriş göndərməlidir.

Son xəbərlər

Orphus sistemi