Azərbaycanın rabitə xidmətləri sektoru I rübdə 9% artıb

Azərbaycanın rabitə xidmətləri sektoru I rübdə 9% artıb Bu sahədə əldə edilmiş gəlirin 81%-i qeyri-dövlət sektorunun payına düşüb
İKT
15 Aprel , 2016 12:19
Azərbaycanın rabitə xidmətləri sektoru I rübdə 9% artıb

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 372,8 mln. manatlıq xidmətlərin 71,6%-i əhali sektoruna aid olub.

Bu məlumat "Report"a Dövlət Statistika Komitəsindən daxil olan xəbərdə bildirilib.

Belə ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-mart aylarında informasiya və rabitə xidmətlərinin həcmi 8,9% artıb. 

"Bu sahədə əldə edilmiş gəlirin 80,7%-i qeyri-dövlət sektorunun payına düşüb", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi