Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rumıniyanın baş nazirinin müavini ilə görüşüb

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rumıniyanın baş nazirinin müavini ilə görüşüb Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Rumıniyanın baş nazirinin müavini xanım Ana Birçallı ilə görüşüb.
İKT
16 Mart , 2018 18:25
Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rumıniyanın baş nazirinin müavini ilə görüşüb

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Rumıniyanın baş nazirinin müavini xanım Ana Birçallı ilə görüşüb.

“Report”a daxil olan məlumata görə, görüşdə Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübəsini nəzərə alaraq, ölkəmizdə yüksək texnologiyaların inkişafı, nəqliyyat əməliyyatlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, iki ölkə arasında avtomobil, dəniz nəqliyyatı və mülki aviasiya sahəsində əməkdaşlığın daha da aktivləşləşdirilməsi müzakirə olunub.

Bildirilib ki, hazırda Azərbaycanla Rumıniya arasında əlaqələr müxtəlif sahələrdə o cümlədən nəqliyyat və İKT sahələrində davamlı olaraq inkişaf edir.

R.Quluzadə qeyd edib ki, Rumıniya tərəfinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinə, eləcə də ölkəmizin imzaladığı Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında “Tranzit ticarət və nəqliyyat üzrə əməkdaşlıq haqqında” Sazişə qoşulması bu sahədə əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcək.

A.Birçallı isə birgə əməkdaşlığın qarşılıqlı marağa əsaslanan əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi