Yuxarı

Azərbaycanın informasiya və rabitə xidmətlərindən əldə etdiyi gəlirin məbləği açıqlanıb

Gəlirin 505,2 milyon manatı mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilib

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-iyul aylarında informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ölkədə hesabat dövründə 937,2 milyon manatlıq informasiya və rabitə xidməti göstərilib.

İnformasiya və rabitə müəssisələrinin göstərdikləri xidmətlərin ümumi həcmində əhalinin payına 72,6 faiz düşüb.

Yeddi ay ərzində xidmətlərdən qazanılan gəlirin 53,9 faizi, yəni 505,2 milyon manatı mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi