Yuxarı

​Azərbaycanın informasiya və rabitə sektoru bu il 7% artıb

Xidmətlərdən əldə olunan gəlirin 53%-i mobil telefon rabitəsinin payına düşüb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1 495,2 mln. manatlıq xidmət göstərib. “Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bunun 72,7%-i əhali sektoruna aid olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 6,8% artıb, bu sahədə əldə edilən gəlirin 80,9%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə olunan gəlirlərin 53,4%-i və ya 798,6 mln. manatı mobil telefon rabitəsindən yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi