Yuxarı

​Azərbaycanın bir sıra dövlət qurumlarının rəsmi saytlarına daxil olmaqda problem yaranıb - YENİLƏNİB

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələni araşdırır

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycanın bir sıra dövlət qurumlarının rəsmi saytlarına girişdə yaranan problemin səbəbi məlum olub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri, nazirin müşaviri Müşfiq Əmirov "Report"a bildirib ki, saytlarda yaranan problem aparılan qısamüddətli texniki-profilaktik işlərlə əlaqədar olub: "Hazırda bu tədbirlər bitib və saytların fəaliyyəti bərpa olunub".

*** 12:01

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün təxminən Bakı vaxı ilə saat 11:20-dən 12.00-dək Azərbaycanın bir sıra dövlət qurumlarının rəsmi saytlarına daxil olmaqda problem yaranıb.

"Report" xəbər verir ki, müxtəlif provayderlərdən Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Təhsil Nazirliyi, İnformasiya və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytlarına daxil olmaq mümkün olmayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, hazırda məsələ araşdırılır.

Qeyd edək ki, problem artıq həll edilib və saytlara daxil olmaq mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi