Yuxarı
    Bağlamaq

    Azərbaycanda yerli icra orqanlarının internet açıqlığı aşağı səviyyədədir

    Hesabat: İcra hakimiyyətləri üzrə orta göstərici bu 14,5%, 2014-cü ildə - 15%, 2013-cü ildə - 13,5%, 2012-ci ildə isə 7% olub

    Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanda yerli icra hakimiyyətlərinin internet resurslarının açıqlığı olduqca aşağı səviyyədədir. "Report" dövlət qurumlarının informasiya açıqlığı hesabatına istinadən xəbər verir ki, ötən illə müqayisədə xüsusi dəyişikliklər baş verməyib, əksinə, ümumi vəziyyət pisləşməyə doğru dəyişib. 

    Hesabatda qeyd edilib ki, eyni standart əsasında yaradılan yerli icra orqanlarının saytları əsasən bir-birini təkrar edir və açıqlanması vacib olan informasiyaların çox cüzi bir hissəsi saytda yerləşdirilib. 

    Qeyd edək ki, hesabat 68 yerli icra hakimiyyəti qurumunun rəsmi saytlarını əhatə edib. 

    Rayonlar üzrə ən yüksək informasiya açıqlığı göstəricisi yenidən Binəqədi rayon İcra Hakimiyyətinin saytı üzrə (24,7%) qeydə alınıb. 

    İcra hakimiyyətləri (rayon və şəhər) üzrə orta informasiya açıqlığı göstəricisi 14,5% olub. Ötən il bu göstərici 15%, 2013-cü ildə 13,5%, 2012-ci ildə isə 7% təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi