Yuxarı
    Bağlamaq

    Azərbaycanda uşaqların son 1 ildə internetdə nə ilə məşğul olduqları açıqlanıb

    Kaspersky Lab şirkəti il boyu uşaqların şəbəkədəki maraq dairələrini öyrənib

    Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanda son 12 ayda uşaqlar internetdə daha çox (73,65%) internet-kommunikasiya vasitələrinin axtarışı ilə məşğul olublar. 

    "Report" xəbər verir ki, bu barədə "Kaspersky Lab" şirkətinin "Azərbaycanda uşaqlar internetdə nə ilə məşğuldurlar?" adlı statistik məlumatında qeyd edilib. 

    Şirkətin "Kaspersky Security Network cloud" servisi Azərbaycanda son 1 ildə "Valideyn nəzarəti" məhsulunun işlək vəziyyətdə olan kompüterlərdən uşaqların müxtəlif veb-saytlara girişini hesablayıb.

    Ortalama göstəricilərə əsasən, son 12 ayda ölkədə uşaqların 6,66%-i kompüter oyunları, 5,83%-i alkoqol, tütün, narkotik maddələr, 1,70%-i elektron ticarət, 1,52%-i proqram təminatı, audio, video, 1,36%-i porno və erotika, 0,98%-i ədəbsiz leksika, 0,34%-i iş axtarışı, 0,21%-i qumar oyunları, 0,20%-i silah, 0,17%-i zorakılıq və 0,02%-i HTTP-sorğuların (HiperTekst Ötürmə Protokolu) yönləndirilməsi ilə məşğul olublar.

    Şikrət bildirir ki, internetdə uşaqlar üçün təhlükələr sırasına təhlükəli axtarış sorğuları və arzuolunmaz kontent, sosial şəbəkələrdə tanımadıqları pisniyyətli şəxslərlə ünsiyyət, düşünülməmiş onlayn alış-veriş, kompüterin zərərverici proqramla yoluxması və internet-asılılıq daxildir.

    "Kaspersky Lab"in internetdə uşaqların təhlükəsizliyini təmin "Kaspersky Safe Kids" adlanan yeni proqram vasitəsilə "Windows", "Mac" kompüterləri, "Android", "iPhone" və "iPad" smartfon və planşetlərində ancaq təhlükəsiz sayt və tətbiqetmələrdən istifadə etmək mümkündür. Eyni zamanda proqram uşağın harada olduğundan xəbərdar olmaq imkanı, uşağın internetdə keçirdiyi vaxtın məhdudlaşdırılması, təhlükəli hadisələr və təyin olunmuş qaydaların pozulması haqqında ani bildirişlər, internetdə təhlükəsiz ünsiyyəti təmin edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi