Yuxarı

Azərbaycanda teleradio proqramlarının yayım keyfiyyəti yoxlanılıb

Ümumilikdə, paytaxda 83 məntəqə, rayonlarda 94 məntəqədə ölçü işləri aparılıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakı Teleqülləsindən yayımlanan teleproqramların yayım keyfiyyətini yoxlamaq məqsədilə Sumqayıt və Xırdalan şəhərləri, Tağıyev, Giləzi, Lökbatan, Sahil, Qobustan, Ələt, Binə, Buzovna, Şüvəlan, Zağulba, Maştağa, Müşviqabad, Qaraçuxur, Zığ, Pirallahı yaşayış məntəqələrində TV siqnalların elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb. Ümumilikdə,  83 məntəqədə 781 ölçü işləri aparılıb. Bu barədə "Report"a Dövlət RadioTezliklər İdarəsindən daxil olan xəbərdə bildirilir. 

Qeyd olunan yaşayış məntəqələrində Bakı Teleqülləsindən FM radio proqramlarını yayımlayan vericilərin yaratdığı elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb. Cəmi 84 məntəqədə 884 ölçü işləri aparılıb. Ölkə ərazisində yayımlanan TV və FM proqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədi ilə şöbənin mütəxəssisləri tərəfindən Şirvan, Salyan, Neftçala, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Füzuli, Qobustan, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonları ərazisində radiomonitorinq işləri aparılıb. Televiziya üzrə 94 məntəqədə 735 ölçü işləri aparılıb, radio üzrə 73 məntəqədə 581 ölçü işləri aparılıb. 

Bu ilin 10 ayı ərzində şöbəyə kənar maneə təsiri ilə əlaqədar olaraq 29 müraciət daxil olub. Müraciətlərin hamısı vaxtında araşdırılaraq müvafiq tədbirlər görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi