Azərbaycanda regional texnopark yaradılacaq

Azərbaycanda regional texnopark yaradılacaq Yüksək Texnologiyalar Parkı bununla bağlı layihə hazırlayıb
İKT
3 Noyabr , 2016 20:48
Azərbaycanda regional texnopark yaradılacaq

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafının genişləndirilməsi məqsədilə regional texnoparkın yaradılması təklif edilir.

"Report"un məlumatına görə, bu barədə "Yüksək Texnologiyalar Parkı" MMC-nin direktoru Seymur Ağayev İKT komissiyasının 2-ci iclasında danışıb.

"Biz bu layihəni Bakıda keçiriləcək "Bakutel-2016" telekommunikasiya sərgisi çərçivəsində təqdim etmək niyyətindəyik. Layihənin Pirallahı qəsəbəsində inşa edilməsi təklif edilir. Hazırda beynəlxalq təcrübə öyrənilir, zəruri infrastrukturun qurulması üçün hazırlıq işləri aparılır" - o bildirib.

Layihənin əsas məqsədinin regionda aparıcı qüvvə olmasını hədəflədiklərini qeyd edən S. Ağayev bildirib ki, burada mühüm məqam rəqabətqabiliyyətli İKT həllərin yaradılması və onları maliyyələşdirilməsindən ibarətdir. 

Son xəbərlər

Orphus sistemi