Yuxarı

Azərbaycanda rabitə xidmətləri sektoru yanvarda 14% artıb

Mobil rabitə operatorlarının aylıq gəliri 4% artb

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar ayında informasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi 133,6 mln. manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 13,9% artıb.

Əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin payı 72,2% təşkil edib. Xidmətlərdən əldə olunan gəlirlərin 52,5%-i mobil telefon rabitəsindən yaranıb. Ötən ilin eyni ayı ilə müqayisədə bu xidmətlərin həcmi 3,5% artaraq 70,2 mln. manat təşkil edib.

Qeyd edək ki, 2015-ci ilin yanvar ayında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 0,7%-i informasiya və rabitə sektoruna yönəldilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi