Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda rabitə vasitələrinin satışı və istifadəsi qaydaları qüvvəyə minib

    Nazirlər Kabineti 10 il əvvəl verdiyi qərarına dəyişiklik edib

    Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabinetinin "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında" 2005-ci il 7 iyul tarixli qərarına dəyişiklik edilməsi haqqında qərarı qüvvəyə minib.

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a verilən məlumata görə, sənəd telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsi, ərizəçiyə dair məlumatlar nazirliyin Məlumat Hesablama Mərkəzi (MHM) üzərindən fiziki şəxslər üçün "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi", hüquqi şəxslər üçün isə "Elektron hökumət" portalına qoşulmuş informasiya sistemləri vasitəsilə identifikasiya edilərək "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı zamanı tələb olunan şərtlər"ə uyğun olaraq operatorların və MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra 24 saat müddətində təmin olunmalıdır.

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırmaqla, rabitə müəssisələri (operatorlar) tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslər haqqında vahid məlumat bazasının formalaşdırılmasının təşkili və digər məsələlərin həlli təmin olunmalıdır.

    Rabitə müəssisələri (operatorlar) öz şəbəkələrinin, əlaqədar sistem və texniki vasitələrinin bu qərara uyğunlaşdırılmasını 3 ay müddətində tam başa çatdırmalı və bu müddətdən sonra telefon nömrələrinin (sabit, mobil) satışını yalnız bu qərara uyğun həyata keçirməlidirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi