Yuxarı
    Bağlamaq

    Azərbaycanda provayderlərə birbaşa beynəlxalq xətləri lisenziyalaşdırmaq imkanı veriləcək

    Bu imkan mövcud və yeni təşkil olunan magistral kanalların alternativliyini təmin edəcək

    Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan telekommunikasiya bazarının inkişafı istiqamətində atılacaq növbəti addım beynəlxalq şlüzlərin rəqabət üçün açılmasından ibarət olacaq. Bu tədbirin həyata keçirilməsi provayderlərə vasitəçilərin iştirakı olmadan beynəlxalq xətləri lisenziyalaşdırmağa imkan verəcək.

    "Report"un xəbərinə görə, bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilib.

    "Tənzimləyici qurum birbaşa və dolayı çıxış üçün lisenziyaların verilməsi mexanizmini işləyib hazırlayacaq. Bazarda beynəlxalq şlüzlərə qoşulan ən azı üç milli provayderin iştirakı üçün əlverişli şəraitin yaradılması, mövcud və yeni təşkil olunan magistral kanalların alternativliyi təmin ediləcək. Mövcud və yeni yaranan beynəlxalq operatorların beynəlxalq şlüzə qoşulmasında baş verə biləcək təbii, texniki, iqtisadi və siyasi risklər nəzərə alınaraq, bir mərkəzdən asılılığı azaltmaq üçün tədbirlər nəzərdən keçiriləcək", - deyə sənəddə qeyd edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi