Azərbaycanda "Poçt ünvanları" mobil tətbiqi istifadəyə verilib

Azərbaycanda "Poçt ünvanları" mobil tətbiqi istifadəyə verilib Mobil tətbiq "iOS" və "Android" əməliyyat sistemində işləyən qurğular üçün aktivləşdirilib
İKT
1 Aprel , 2016 11:16
Azərbaycanda Poçt ünvanları mobil tətbiqi istifadəyə verilib

Bakı. 1 aprel. REPORT.AZ/ "Azərpoçt" MMC növbəti yenilik edib. Artıq poçt ünvanları, poçt indeksləri, poçtla mobil rabitə, poçtların iş rejimi, poçt məntəqəsinə gedən marşrut barədə məlumatı "Poçt ünvanları" mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Bu barədə "Report"a cəmiyyətdən məlumat verilib. 

Məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən poçt şöbələrinin ünvanlarının axtarışını asanlaşdıran mobil tətbiq istifadəyə verilib. Nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan "Poçt ünvanları" adlı mobil tətbiq artıq "iOS" və "Android"  əməliyyat sistemində işləyən qurğular üçün aktivləşdirilib. Tətbiq “Azərpoçt” MMC-nin 1 600-dən çox poçt şöbəsinin ünvanları barədə məlumatların xəritə üzərində bir neçə saniyədə axtarışını mümkün edir. 

Tətbiqdə istifadə olunan xəritə "Google Maps" üzərindən çalışır. Bunun üçün tətbiqin istifadəsi zamanı cihazın GPS naviqasiya sistemi açıq olmalıdır.

Tətbiqi "App Store" və "Play Store"dan etməklə mobil qurğuya yükləmək olar, istifadəsi ödənişsizdir.

Son xəbərlər

Orphus sistemi