Azərbaycanda poçt göndərişlərini internetlə izləmək mümkün olacaq

Azərbaycanda poçt göndərişlərini internetlə izləmək mümkün olacaq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir xidməti "Elektron hökumət" portalına inteqrasiya olunub
İKT
6 May , 2015 14:08
Azərbaycanda poçt göndərişlərini internetlə izləmək mümkün olacaq

Bakı. 6 may. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) daha bir xidmətini “Elektron hökumət” portalı üzərindən göstərməyə başlayıb. "Report" xəbər verir ki, RYTN-in “Poçt göndərişlərinin izlənilməsi” xidməti portala inteqrasiya olunub.

Bu xidmət vasitəsilə RYTN-in “Azərpoçt” MMC-nin şəbəkəsində qeydiyyatlı poçt göndərişlərinin qəbulu, çeşidləmə, daşınma və çatdırılma kimi keçid mərhələlərinin internet vasitəsilə izlənilməsi həyata keçirilir.

Xidmətin göstərilməsi üçün poçt göndərişinin unikal poçt identifikatorunu - 13 simvoldan ibarət ştrixkod nömrəsini müvafiq sahəyə daxil etmək tələb edilir. Ştrix-kod nömrəsi poçt şöbəsi tərəfindən poçt göndərişinin qəbuluna dair müştəriyə verilən qəbzdə göstərilir.

Sorğu qəbul edildikdən sonra axtarılan poçt göndərişinin qəbul məntəqəsindən çatdırılma məntəqəsinədək keçdiyi bütün mərhələləri özündə əks etdirən məlumatlar cədvəl şəklində ekranda göstərilir.

Son xəbərlər

Orphus sistemi