​Azərbaycanda müxtəlif sahələrdə beynəlxalq standartların tətbiqi üzrə təlimlərə başlanılır

​Azərbaycanda müxtəlif sahələrdə beynəlxalq standartların tətbiqi üzrə təlimlərə başlanılır İlk təlim martın 2-6-da baş tutacaq
İKT
17 Fevral , 2015 20:25
​Azərbaycanda müxtəlif sahələrdə beynəlxalq standartların tətbiqi üzrə təlimlərə başlanılır

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanda beynəlxalq standartların tətbiqi üzrə təlim keçiriləcək. 

“Report” Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (ASSİ) istinadən xəbər verir ki, ASSİ və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə keçiriləcək təlimlərdə İSO/İEC 27001 “İnformasiya təhlükəsizliyi idarəetmə sistemləri”, İSO 50001 “Enerji idarəetmə sistemləri”, İSO 22000 “Qida təhlükəsizliyinin idarəetmə sistemləri”, İSO 9001-2015 “Keyfiyyəti idarəetmə sistemləri”, İSO 14001-2015 “Ətraf mühitin idarəetmə sistemləri” beynəlxalq standartlarının məqsəd və prinsipləri, tətbiqi və daxili auditi ilə bağlı mövzular müzakirə olunacaq.

İlk təlim cari il martın 2-6-da İSO/İEC 27001 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqi ilə bağlı olacaq. Standart müasir dövrdə şirkət və şirkət əməkdaşlarının, müştərilərinin məlumatlarının qanunsuz yollarla əldə olunmaması istiqamətində müasir üsulların tətbiq edilməsi, informasiya aktivlərinin qorunması məsələlərinə ciddi yanaşmanı tələb edir.

BSİ-nin mütəxəssisinin iştirakı ilə keçiriləcək təlimdə İSO/İEC 27001 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” standartının tətbiqi istiqamətində informasiya təhlükəsizliyi idarəetmə sisteminin modelinin yaradılması və həyata keçirilməsi üzrə məsələlər müzakirə olunacaq. Təlimin məqsədi iştirakçılara adıçəkilən standartın tələbləri üzrə idarəetmə sisteminin tətbiqi istiqamətində tələb olunan bacarıq və üsulları açıqlamaqdır.

Son xəbərlər

Orphus sistemi